"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov postunu tərk edir.
Fanat.Az-ın məlumatına görə, bunu çalışdırıcı özü Azərbaycan kubokunun "Qəbələ" ilə keçirilən final oyunundan sonra deyib.
0:1 hesabı ilə yenilərək titul qazanmaq şansını qaçıran "kimyaçılar"ın baş məşqçisi CBC Sport telekanalında açıqlama verib:
"Futbolçularım bu il bacardıqlarını göstərdilər. Amma mənim fikrimcə, avrokuboklara hələ hazır deyildik. Futbolçularımı mübarizəyə görə təbrik edirəm. Azarkeşlərimizə də təşəkkür edirəm ki, Sumqayıtdan bura qədər gəlib bizi dəstəklədilər. Qarşıdakı iki gün ərzində rəhbərliklə görüşəcəyik. Çox güman ki, bu, "Sumqayıt"da son oyunum idi".
Fanat.Az