15:41 22.05.2019 2469

İngilislər Bakı finalından niyə narazıdır? - VİDEO

May ayının 29-u Bakıda Avropa Liqasının final oyunu keçiriləcək. İngiltərənin Çelsi və Arsenal klublarının qarşılaşacağı oyun Bakı Olimpiya Stadionunda, 68700 azarkeşin gözü önündə baş tutacaq.

Final öncəsi UEFA-nın daha çox bileti yerli azarkeşlərə ayırması və Britaniyadan gələn açıqlamalar beyinlərdə bir çox qıcıq və şübhələr yaratdı. Hər şeydən əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyinin və Avropa mətbuatının Azərbaycana qarşı sərgilədiyi mövqe bir müddətdir ki, istər Azərbaycan yetkili qurumları, istərsə də Azərbaycan mediası tərəfindən tənqid olunur.

Azərbaycan irimiqyaslı tədbirləri keçirməyə nə dərəcədə hazırdır?

Bu barədə "Facbook” sosial şəbəkəsində iqtisadçı ekspert Toğrul Vəliyevin postu diqqətimizi cəlb elədi. Elə POSTATUS layihəmizin ilk qonağı da Toğrul bəy oldu.

Finalı izləmək istəyən ingilis azarkeşlərin qoca qitədən 4 min km qət etməli olduğuna görə UEFA qərarını 2 il öncə verildiyini bildirib. Qeyd edək ki, ötən il Atletiko Madrid və Marsel klublarının qarşılaşdığı final 58.927 nəfərlik tutumu olan Lion stationunda keçirilmişdi.

Lion stadionu Bakı Olimpiya stadionundan bir qədər kiçik olmasına baxmayaraq, klubların hər birinə 11552 nəfərlik azarkeş yeri verilmişdi.

Bakıda isə bu rəqəm 6000-dir. Bunula bağlı ingilis klubları öz narazılıqlarını da bildiriblər.

"Chelsea Supporters' Trust” (CST) qurumunun yayımladığı açıqlamada bildirilib ki, "6000 yer ayrılması tamamilə qeyri adekvatdır”.

CST heyət üzvü Tim Rolls BBC Sports-a deyib ki, azarkeşləri biletlərin sayından çox Bakıya səyahət çətinlikləri onları əsəbləşdirib. Roll oyunu izləmək üçün Tbilisiyə uçacaq və sonra 7 saat avtobusla Bakıya gələcək.

"Bakı Britaniyadan səyahət üçün Avropanın ən əlçatmaz şəhərlərindən biridir. Bir neçə uçuş var və onlar ağlasığmaz dərəcədə bahadır”.

"Arsenal Supporters' Trust” (AST) qurumu narazılığını UEFA-nı qınamaqla dilə gətirib: "UEFA-nın davranışı və azarkeşlərlə rəftarının əsaslı dəyişikliyə ehtiyacı var", deyə qurumdan verilən açıqlamada qeyd edilib.

Klublara cavabında UEFA Azərbaycanın logistik problemlərinə toxunub.

UEFA: "Bunu və ən əhəmiyyətlisi, coğrafi məkanı və ev sahibliyi edən şəhərdə və ondan ətrafda hava limanlarının daşıma gücünü nəzərə alaraq təxminən 15 000 izləyicinin (finalçıların azarkeşləri və ümumi izləyicilər) xaricdən gələcəyi mümkün hesab edilib”, deyib.

"İştirakçı komandaların azarkeşlərinə, onların Bakıya müvafiq səyahətləri üçün zəmanət olmadan əlavə bilet təklifi məsuliyyətli seçim kimi qəbul edilməyib”, deyə UEFA-da vurğulayıblar.

UEFA-nın seçdiyi 15 min rəqəmi həmçinin Bakı mehmanxanalarının birdəfəlik tutum ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakıdakı mehmanxanaların birdəfəlik tutumu 14,8 min təşkil edir. Başqa sözlə, mehmanxanalar eyni anda 15 mindən artıq qonağı qəbul etmək iqtidarında deyil.

Həftənin cüt günləri üç dəfə olmaqla London-Bakı-London birbaşa reysini həyata keçirən yeganə şirkət - Azərbaycan Hava Yolları AZAL 29 və 30 may birbaşa London-Bakı-London uçuşlarını həyata keçirəcəyini açıqlayıb.

Azərbaycan Dövlət Turizm Agentliyi bildirib ki, AZAL həmçinin başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reys təşkil edəcək.

Heydər Əliyev limanının dünya sırlamasında 2018-ci ilə nisbətən 7 pillə yüksələrək 58-ci olmasına baxmayaraq, Azərbaycana Britaniyadan alternativ nəqliyyat vasitələri demək olar ki yoxdur.

Finala dörd həftə qalmış Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Azərbaycana aid səyahət tövsiyələri isə Azərbaycan hakimiyyətində narazılıqla qarşılanıb.

"Azərbaycanda terrorçuların hücum həyata keçirməyə cəhd göstərməsi mümkündür və bu baxımdan həssas tədbirlər görməyiniz məsləhətdir”, deyə Britaniya XİN-nin xəbərdarlığına da bildirilir.

Həmçinin Britaniya XİN-nin öz vətəndaşlarına xəbərdarlığında maraqlı nüanslar yer alıb. Sitat:

"Bakıda cinayət dərəcəsi ümumən aşağı olsa da, qaranlıq zamanı qərbsayağı barların və klubların olduğu şəhər mərkəzində oğurluq və cibsoyma ola bilər”.

"Ayıq-sayıq olun, özünüzlə böyük miqdarda pul götürməyin və gecə tək gəzməyin”.

Britaniya XİN-nin rəsmi xəbərdarlığı bir yana, mediada Liverpulun baş məşqçisi Yurgen Kloppun söyyədiyi sözlər daha çox diqqəti çəkdi. Ötən il komandasının finalı üçün Kiyevə gedən Klopp narahatlığını dilə gətirərərək "Finalı necə Bakıda və Kiyevdə keçirə bilərsən? Bilmirəm, bu səyahət təşkil edən adamlar səhərlər nə yeyirlər?”, ifadəsini işlədib.

UEFA isə, görünür, təzə bazar olaraq gördüyü Azərbaycanın qapısını hələ çox döyəcək...

POSTATUS video layihəsini təqdim edirik:

Mənbə: pia.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X