Avropa Liqası turnirinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, BOS-un tribunalarında öz yerini alacaq və televiziya ekranları qarşısında mərasimi izləyəcək tamaşaçıların zövqünü öz mahnıları ilə ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu oxşamağa çalışacaq.
Treysi Çapmanın "Fast car” kompozisiyasına hazırladığı remikslə qlobal populyarlıq qazanan Conas Blunun mahnıları o vaxtdan etibarən qlobal audio yayım (striminq) xidmətlərində 7.5 milyard dəfə dinlənilib, sinql satışı isə 40 milyona çatıb. O, 5 dəfə BRIT Mükafatı üçün irəli sürülmüş, 4 dəfə Birləşmiş Krallıqda ən çox satılan 5 sinql arasına girmiş və dünyanın müxtəlif ölkələrində 120 dəfə "platinum” statusu qazanıb.
Fanat.Az