Avropa Liqasının Bakıda keçiriləcək final oyunu Rusiyanın aparıcı idman kanalı "Matc TV" vasitəsi ilə canlı yayımlanacaq.
Fanat.Az xəbər verir ki, "Çelsi" - "Arsenal" matçının şərhçilərindən biri məşhur rus futbolçu Andrey Arşavin olacaq. "Arsenal"ın sabiq üzvü jurnalist Timur Juravellə birlikdə qarşılaşmanı şərh edəcək.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı yerli vaxtla 23:00-da başlayacaq.
Fanat.Az