Bakıda və Abşeron yarımadasında mayın 29-da havanın dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi, axşam, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Fanat.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti, Bakıda gecə 17-19° isti, gündüz 25-27° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Fanat.Az