"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Avropa Liqasının final oyunundan sonra "Yuventus"un baş məşqçi postunu tuta bilər.
Fanat.Az "Tuttosport.com"a istinadən xəbər verir ki, Turin klubunun prezidenti Andrea Anyelli Bakı restoranlarının birində italiyalı mütəxəssislə görüntülənib.
Səhər saatlarında baş tutan görüşdə "Çelsi"nin prezidenti Bryus Bak da iştirak edib. Tərəflərin Sarrinin "Yuventus"a keçidini müzakirə etdikləri bildirilir.
Qeyd edək ki, Britaniya KİV-i bu gün "Arsenal"la keçiriləcək final matçının nəticəsindən asılı olmayaraq Sarrinin istefaya göndəriləcəyini vurğulayıb.
Fanat.Az