"Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı klubu ilə vidalaşıb.
Bu haqda Sport7.az-a özü məlumat verib. Səbuhi bəy bildirib ki, bu gün rəsmi olaraq "Qəbələ"dəki vəzifəsindən ayrılıb.
Onun futboldan birdəfəlik gedəcəyi haqda iddialar var idi. Lakin Səfiyarlı yeni iş məsələləri ilə sabah məşğul olacağını qeyd edib.
Bir müddət öncə klubun Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibovun da işindən ayrılacağı haqda məlumat yayılmışdı. Lakin Səməd bəy açıqlamasında belə bir hal olmadığını və işinə davam edəcəyini bildirib.