"Qarabağ”ın 2019/20 mövsümü üçün hazırlıq planı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu iyunun 18-də təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək.
Ağdam təmsilçisi hazırlıq prosesində 4 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv iyunun 22-də Bolqarıstanın "Ludoqorests", iyunun 25-də Rumıniyanın "Krayova", iyunun 28-də Rusiyanın "Ufa", iyulun 2-də isə Çexiyanın "Viktoriya" komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" 2019/20 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Fanat.Az