09:35 01.06.2019 2065

İcra başçısı uşaqların futbol oynadığı bu meydançanı sökür - FOTO

Futbolu kütləviləşdirməyin, bu idman növünə daha çox uşaq cəlb etməyin təbliğatının aparıldığı bir vaxtda Azərbacanın Ağstafa bölgəsində yerləşən, onlarla uşağın futbol oynadığı süni örtüklü meydançanın sökülməsi planlaşdırılır. 

Bu haqda Sport7.az-ın redaksiyasına rayondakı mənbələrdən məlumat daxil olub. Məlumata görə rayonun əsas, yəni təbii örtüklü stadionunun yanında yerləşən süni, 20x40 metr ölçüsündə olan meydançanın İcra Hakimiyyəti tərəfindən sökülməsi planlaşdırırlır. Özü də maraqlıdı ki, bölgədə futbolun inkişafına həvəs göstərməyən rəhbərlik bunu, absurd səbəbdən, adi bir ev sakininin şikayətinə görə etmək istəyir. 

Məsələ burasındadı ki, sözügedən meydançanın kənarları hündür olsa da, üzəri açıqdı. Yəni, top meydançanın çəpərini aşanda tez-tez yaxınlıqda yerləşən evin həyətinə düşür ki, bu da ev yiyəsinin narazılığına səbəb olub. Nəticədə, "yuxarılar"da da adamı olan həmin vətəndaş Bakıdan birbaşa Ağıstafaya zəng etdirərək məsələnin çözülməsini istəyib. İcra başçısı isə çıxış yolunu meydançanı sökdürüb, yerinə asfalt döşəməkdə görür. Hansı ki, meydançanın üzərini örtmək elə də böyük vəsait tələb etmir və daha ucuz başa gələr. Maksimum 500-600 manatlıq xərc çəkib meydançanın üzərini örtməkdənsə, rayon rəhbərliyi baha başa gələn addım atmaq niyyətindədi.

Sözügedən meydançada isə hər gün demək olar 80-100 uşaq futbolun sirrlərini öyrənir. Hətta indi klublarımızda çıxış edən bəzi futbolçular da məhz sözügedən bölgədə yetişib. İndi orada məşq edən uşaqların valideynləri, ümumiyyətə Ağstafanın futbol ictimaiyyəti məsələ ilə bağlı Gənclər və İdman Nazirliyindən tutmuş digər aidiyyatı orqanlara qədər müraciət ünvanlasalar da şikayətlərinə baxan yoxdu. Hətta birbaşa AFFA-nın baş katibi Elxan Məmmədova da məktub ünvanlanıb. Ancaq UEFA-da hansısa vəzifəyə seçilmək üçün can atan və buna başı qarışan Elxan bəy göndərilən məktublara, edilən müraciətlərə heç gözucu da baxmayıb. Digər məsələ ondadı ki, sözügedən meydança ölkənin Gənclər və İdman Nazirliyinin balansına da salınmayıb. Çünki belə bir hal olsa həmin meydançaya xidmətçilər və qarovulçular təyin edilməlidi, problemlər yoluna qoyulmalıdı ki,  bunun üçün nazirlik nə artıq xərc çəkmək, nə də başını ağrıtmaq niyyətindədi. Elə Ağstafanın Gənclər və İdman Şöbəsinin rəhbəri də futbola yaxın insan olmadığı üçün məsələ ilə bağlı hər hansı addım atmaq istəmir. Hər halda istəsəydi, indiyə qədər problemi yoluna qoymuş olardı. Nəticədə bu qədər uşağın futbol təhsili aldığı, pis vərdişlərdən uzaqlaşmaq üçün üz tutduğu meydança, belə demək mümkünsə, havada qalıb. Nə düzəltdirən var, nə də fikir verən.  AFFA isə boş-boş layihələrə pul xərcləməkdə davam edir.

Hər halda bunlar mənbəmizin bildirdikləridi. Həqiqətən onlarla uşağın futbolun sirrlərini öyrəndiyi meydançanın sökülməsinin planlaşdırılmasına səbəb, bir vətəndaşın həyətinə top düşməsidisə, bu çox absurddu. Hələ üzərini örtmək əvəzinə meydançanın sökülüb yerində asfalt salınması fikri daha da gülməlidi. Buna izah tapmaq çətindi, çox çətindi...
 


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X