Azərbaycanlı hakim İnqilab Məmmədov növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.
Fanat.Az xəbər verir ki, çimərlik futbolu üzrə FIFA referisi II Avropa Oyunlarında iştirak edəcək.
İ.Məmmədov Belarusun paytaxtı Minskdə keçiriləcək yarışın oyunlarında ədaləti qoruyacaq. Avropa Oyunları iyunun 21-dən 30-dək keçiriləcək.
Qeyd edək ki, çimərlik futbolunda 8 komanda iki qrupda mübarizə aparacaq. A qrupunda Belarus, Portuqaliya, İsveçrə, Rumıniya, B qrupunda İtaliya, İspaniya, Rusiya və Ukrayna qüvvəsini sınayacaq.
Fanat.Az