AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Macarıstan oyunu öncəsi mətbuat konfransları təşkil olunacaq.
Fanat.az xəbər verir ki, iyunun 8-də baş tutacaq qarşılaşmadan bir gün əvvəl baş məşqçilər media önünə çıxacaq.
Əvvəlcə saat 18:00-da yığmamızın çalışdırıcısı Nikola Yurçeviç fikrini bildirəcək. Bundan yarım saat sonra ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq başlayacaq.
Saat 19:15-də isə macarların baş məşqçisi Marko Rossi mətbuat konfransına qatılacaq. 20:00-da qonaq komandanın məşqi start götürəcək. Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi "Bakcell Arena” da təşkil olunacaq.
Fanat.az