Məlum olduğu kimi, iyunun 18-19-da İsveçrənin Nyon şəhərində avrokubokların 2019/20 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Ölkəmizin qitə turnirlərindəki təmsilçiləri də bu püşkatmada iştirak edəcək. Artıq Nyona kimlərin gedəcəyi böyük ölçüdə müəyyənləşib. Yalnız "Səbail” nümayəndəsini dəqiqləşdirməyib. Debütant yaxın bir-iki gün ərzində təmsilçisinin adını açıqlayacaq.
Ölkə çempionu "Qarabağ”ı püşkatmada adəti üzrə klubun meneceri Asif Əsgərov təmsil edəcək. Əsgərov ayın 18-də Nyona yollanacaq. "Neftçi”dən tədbirə menecer Qədir Həsənov gedəcək. Ancaq mümkündü ki, Media və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev də ona qoşulsun. "Qəbələ"ni isə püşkatmada baş menecer Zaur Əzizov təmsil edəcək. (Futbol+)
Fanat.az