Roberto Bordinin "Neftçi"dən qovduğu Ruslan Abışovun yeni klubu müəyyənləşib.
Aut.az-ın əldə etdiyi məlumata görə, futbolçu karyerasını "Sabah"da davam etdirəcək. Bakı klubu Abışovla 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ruslan Abışov komandanın yetirməsidi. 2003-2012-ci illərdə "ağ-qara" formanı geyinən futbolçu sonrakı illərdə 2012-2017-ci illərdə ardıcıl olaraq "Xəzər Lənkəran", "Rubin", "Qəbələ" və "İnter"də oynayıb. 31 yaşlı futbolçu 2017-ci ildə doğma komandasına dönüb.