22:12 09.06.2019 1737

Pis yol - MƏTBUATDAN SEÇMƏLƏR

Macarıstana hesabda 1:3 uduzsaq da, oyun mahiyyətində, futbol anlayışında 0:10-luq mahiyyətdə göründük. Yenə...


***

Guya Millətlər Liqasında qrupdan çıxa bilmədiyi üçün nəticəni uğursuz sayan AFFA rəhbərliyi əncamı baş məşqçini dəyişməkdə gördü. Bu işlərdə səlahiyyət sahibi və qərarverici qüvvə olan AFFA İcraiyyə Komitəsi də tribinə görə elə AFFA rəhbərliyinin maraqlarına xidmət edir deyə, bütün qərarlar dolayısıyla İK-nın ideyası deyil, isteblişmentin maraqlarına xidmət edir.


Nəysə, yenisini daha dəbdəbəli hədəflə gətirməliydilər. Çünki bu postda olan üçün böyük məbləğ ayrılır deyə, belə məsələlər ölkə rəhbərliyi səviyyəsində həll edilməlidir...


Avro-2020-yə vəsiqə tələbi uyduruldu və rəhbərlik də buna inandırıldı. Bəla da, məhz bundadır. Çünki illərdir imkanlarımıza uyğun gəlməyən iddialar uydurulur və heç birinə nail olunmur. İnananlar isə israrla inanmaqda davam edirlər..

İndi yeni hədəf nağılı uydurulub və budur, yenə hədəfin əksinə doğru irəliləyirik. Niyəsə Qurbanovun dönəmindəki qədər hay-küy, qınaq və biganə münasibət yoxdur AFFA-dan milliyə.


***

Yurçeviç oyundan sonra dedi ki, Azərbaycanın FIFA reytinqində mövqeyi bəllidir. Biz çalışırıq ki, bundan daha pis olmasın.


Bəli, U-21 Lixtenşteynə uduzanda da Obradviç oxşar açıqlama vermişdi, düz yolda olduqarını demişdi. Bilirsiniz niyə? Çünki onlar bura hər hansı hədəf əsasında gətirilməyib. Əcnəbi məşqinin qarşısına Azərbaycan kimi FIFA reytiqinin 2-ci yüzlüyündə olan komanda üçün hədəf qoya bilməzsən. Xalqı aldatmaq, guya əcnəbinin bura yaxşı hədəflər əsasında gətirildiyini bəyan etmək AFFA rəhbərliyinin birbaşa məsuliyyətidir. Axı hər oyunsonrası konfransda Yurçeviçdən soruşulur və o qətiyyətlə bunu inkar edir. O, qrupdan çıxmaq (?!) hədəfini yaxına belə buraxmır. Yurçeviç açıq-aşkar deyir ki, Azərbaycanın reytinqi göz önündədir, biz çalışırıq ki, bundan yaxşı olsun. Vəssalam, eyham aydın oldu?


Halbuki belə hədəfçün Qubanov da bəs idi və hətta qat-qat yaxşısına nail ola bilərdi, U-21-in Lixtenşteyn kimi luzerə uduzması üçün Obradoviçi gətirməyə dəyməzdi, Rəşad Sadıqov o postda qətiyyən belə məğlubiyyət yaşamazdı. Olsaydı da, bütün xalqdan üzr istəyərdi, daha deməzdi ki, düz yoldayıq.

Hansı düz yoldayıq biz?


AFFA tamamilə ictimaiyyətlə bağlarını kəsib, lokal bir qüvvə ilə futbolumuzu idarə edir. Bu qüvvələr milli komandanı milli maraqlara xidmət edən səviyyəyə qaldırmaqda maraqlı deyillər, heç istəsələr də bunu alındıra bilməyəcəklər. Çünki baş məşqçinin iradəsi daxilində toplanmayan və hansısa maraqlara əsasən formalaşırılan heyətin uğur qazanacağına zəmanət vermək heç mümkün deyil. Bunu komanda daxilində araşdırmaqla bütün pis həqiqətləri üzə çıxarmaq mümkündür. Sadəcə, bunu istəmək və addım atmaq bəs edər...


***

Qarşısına Avro-2020 hədəfi qoyulan (?!) komanda qrupda nisbətdə ən uyğun rəqib sayılan macarlara doğma meydanda tabe olur. Oyun göstərir ki, xal qazanmağa çalışsa, ölüm-qalım savaşına girsə də, bacarmayacaqdı. Deməli, biz aldadılırıq. Biz bunu necə qəbul edə bilirik, Azərbaycanın futbol ictimaiyyəti? Varsız, yoxsa yoxsunuz?

 

Elçin Cəlilov, futbolpress.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X