23:21 11.06.2019 1925

Nikola Yurçeviç: "Şok keçirdim, üzr istəyirəm"

"Bu hesabdan sonra nəsə demək çətindi. Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar”.

 

Fanat.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.


AVRO-2020-nin seçmə mərhələsində "Bakcell Arena”da Slovakiyanı qəbul edən yığmamız qapısından 5 top buraxaraq (1:5) uduzub.

 

Görüşün ardından sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı çalışdırıcı fikrini bu sözlərlə davam etdirib: "Oyuna yaxşı başladıq, bəzi anlarda topa sahib olduq, kombinasiyalı hücumlar qurmağa çalışdıq. Lakin rəqibin ilk həmləsində qol buraxdıq. Ramil Şeydayevin qolundan sonra geridönüşə ümid yarandı. Araz Abdullayevin fərqlənmək imkanı oldu. Hesab 1:4 olduqda oyun bitdi. Rəqibin heyətində Lobotkanın transfer qiyməti 25 milyon avrodu. Bizim bütün futbolçuların ümumi qiyməti bu qədər deyil”.


- Əvəzetmələrdə gecikdiyinizi düşünmürsünüz?

- 1:5 hesabından sonra belə məsələləri müzakirə edə bilərik. 55-60-cı dəqiqələrdən sonra dəyişiklik etməyi düşünürdüm.

 

- Bu gün yalnız Ramil Şeydayev mübarizə apardı. Millinin heyətində cəmi 1 futbolçu sarı vərəqə alırsa, orda mübarizədən söhbət gedə bilməz...

- Bu fikirlə razı deyiləm. 4-cü qola qədər şanslar var idi. 60-cı dəqiqədən sonra fiziki və psixoloji cəhətdən rəqiblə oynamaq çətin idi.


 

- 5-ci qolda hansı hissləri keçirdiniz və buna görə azarkeşlərdən üzr istəmək fikriniz varmı?

- Əlbəttə. 85-ci dəqiqədə 5-ci topu buraxdıq. Bu, mənim və komandam üçün böyük şok idi. Belə məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm.


- Slovakiyada bir futbolçunun qiymətinin 25 milyon avro olduğunu dediniz. Halbuki Fransada Mbappenin qiyməti bütün Türkiyə millisindən yüksəkdi. Meydanda pul rol oynamır. Bu gün futbol olmadı. Bu nəticəyə görə xəcalət çəkirsinizmi?

- Bəli, utancverici nəticədi. Slovakiyanın oyunçuları Avropanın aparıcı klublarında çıxış edir. Onlara qalib gəlmək üçün xüsusi günlərindən biri olmalıdı. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi belə, Malta önündə çətinlik çəkmişdi. Qrupdakı rəqiblərimiz bizdən qat-qat güclüdülər. Əlimizdən gələni etməliyik ki, onlara qarşı mübarizə apara bilək.

 

- Məşqçi yox, bir azarkeş kimi yığmanın oyununu necə şərh edərdiniz və evdə bu hesabla uduzduqsa, bizi səfər matçlarında bundan da ağır məğlubiyyətlər gözləyir?

- Bu nəticəyə görə böyük şok keçirdim. Hər kəsi başa düşürəm. Futbolda böyük rəqiblərə qarşı oynadıqda yaxşı nəticə qazanmaq üçün günündə olmalısan. Futbol situasiyalı oyundu. Sağa və ya sola doğru verilmiş bir qərar nəticəni dəyişə bilir. Bəzi kiçik nüanslar oyunun taleyinə təsir edə bilir.

 

- Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzduq. Hərçənd bu dəfə məntiqi ardıcıllıq pozuldu. Növbəti görüşdə 1:6 hesabı ola bilərmi?

- Növbəti oyunda daha yaxşı olacağımıza və böyükhesablı məğlubiyyətlə üzləşməyəcəyimizə inanıram.


- İndiyə qədər bura gələn əcnəbi məşqçilər bir neçə ildən sonra daha uğurlu nəticələrin olacağını deyib. 3 oyunda 10 top buraxan milli komandanın yaxşı olması üçün nə qədər vaxta ehtiyacı var?

- Bugünkü məğlubiyyətdən sonra bu suala cavab vermək çətindi. Bu gün uğursuz nəticə oldu. Amma inanıram ki, komandamız daha yaxşı çıxış edə bilər. İndi böyük təhlil etməyə dəyməz.

  

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

Facebookdan bizi izləməyi unutmayın.
X