"Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq".
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Bu gün baş tutan püşkatma mərasimində Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya çempionu "Partizani"yə rəqib olub.
Püşkü dəyərləndirən Qurbanov Albaniya klublarının intizamlı oyun göstərdiklərini söyləyib: "Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq. Keçən mövsümdəki komanda ilə builki arasında fərq çox olacaq: həm məşqçi dəyişikliyi, həm də yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq".
Fanat.Az