"Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirir.
Fanat.Az xəbər verir ki, Ağdam klubu "Səbail"in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Krayova" (Rumıniya) ilə qarşılaşır.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın "Ufa” və iyulun 2-də Çexiyanın "Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.
Yoxlama oyunu
25 iyun
Qarabağ (Azərbaycan) - Universitatya Krayova (Rumıniya) 0:0
Qarabağ: 13. Vaqner Silva, 55.Bədavi Hüseynov, 45. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 44.Elvin Cəfərquliyev, 20. Riçard Almeyda, 8. Miçel, 19. Filip Ozobiç, 17. Abdulla Zubir, 10. Dani Kintana, 11. Mahir Əmrəli.
Fanat.Az