Bolqarıstanın Bransko şəhərində təlim-məşq toplanışını davam etdirən "Səbail" bu gün növbəti yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, "dənizçilər" ikinci sınağında yerli "Beroe" klubu ilə qarşılaşıb. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Səbail" ilk qarşılaşmasında Plovdiv "Lokomotiv"inə 0:1 hesabı ilə uduzub.
Fanat.Az