Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs” klubunun futbolçusu Hendrik Eksteyn karyerasını Azərbaycanda davam etdirəcək.
Fanat.Az "Soccerladuma" saytına istinadən məlumatına görə, 28 yaşlı futbolçu "Sabah"la anlaşıb. Onun müqavilə imzalamaq üçün Bakıya gəldiyi bildirilir. CAR-lı oyunçu müqavilə bağlamaq üçün bu axşam ölkəmizə gələcək.
Qeyd edək ki, Hendrik "Kayzer Çifs”də 2014-cü ildən çıxış edirdi. Azərbaycan təmsilçilərindən "Qarabağ” və "Səbail”ə də təklif olunan futbolçu ötən mövsüm 19 oyuna 1 qol vurub.
Fanat.Az