13:10 27.06.2019 1569

Avropanın "ən köklü" futbol federasiyası rəhbərləri - Siyahıda AFFA da var

Sport7.az saytı maraqlı bir araşdırmanı sizlərə təqdim edir.
 
Bu yazıda Avropa ölkələrinin futbol federasiyalarında 10 ildən çox prezident və baş katib vəzifəsində çalışanlar rəhbərlərin siyahısını diqqətinizə çatdıracağıq. Həmçinin onların rəhbərliyi altında ölkənin milli komandasının əldə etdiyi ən böyük uğuru da qeyd edəcəyik. 

Lüksemburq Futbol Federasiyasının baş katibi Joel Volff siyahımızda liderdir. Belə ki, baş katib 1990-cı ildən bəri, yəni 29 ildir bu vəzifədə çalışır. Federasiyanın prezidenti Paul Philipp isə 2004-cü ildən Lüksemburq Futbol Federasiyasına rəhbərlik edir. Lakin geridə qalan bu uzun illər ərzində ölkənin milli komandasının aktivində heç bir uğur yoxdur. 

İkinci sırada Andorra Futbol Federasiyasının baş katibi Tomas Gea yer alıb. O, 1996-cı ildən baş katib kreslosuna "kök salıb". Ancaq geridə qalan 23 il müddətində Andorra yığmasının əldə etdiyi hansısa bir uğur yoxdur. 

1998-ci ildən Moldova Futbol Federasiyasının baş katibi vəzifəsində çalışan Nicolai Cebotari 21 il ərzində 2 dəfə prezident dəyişikliyinə şahid olub. Ancaq bir dəfə də olsun Moldova millisinin hansısa bir nailiyyətini görmək qismət olmayıb. 

Siyahımızda 4-cü pillədə Albaniya Futbol Federasiyasının prezindenti Armand Duka gəlir. O, 2002-ci ildən bu vəzifədə çalışır. Ölkənin milli komandasının onun rəhbərliyi altında ən böyük uğuru Avro-2016-da iştirak etmək olub. 

Monteneqro Futbol Federasiyasının prezidenti Dejan Saviçeviç 2004-cü ildən, baş katibi Mamir Djurdjevaç 2001-ci ildən bu vəzifəyə təyin ediblər. Onların rəhbərliyi altında Monteneqro millisinin ən böyük uğuru Avro-2012-nin seçmə pley-off mərhələsində iştirak olub. 

2005-ci ildə prezident postuna Borislav Mixaylov, 2006-ci ildə baş katib vəzifəsinə Borislav Popov gətirilən Bolqarıstan Futbol Federasiyasında geridə qalan 13-14 il müddətində heç bir rəhbər dəyişikliyi olmayıb. Heç ölkənin milli komandasında da dəyişiklik olmayıb. Belə ki, aktivində heç bir böyük nailiyyət yoxdu. 

Aivar Pohlak 2007-ci ildə Estoniya Futbol Federasiyasına prezident təyin edilib. Ölkənin milli komandasının ən böyük uğuru isə, Avro-2012-nin seçmə pley-off mərhələsində iştirak olub. 

Siyahıda 8-ci sırada Azərbaycan Futbol Federasiyaları Assosiasiyası qərarlaşıb. Qurumun prezindeti Rövnəq Abdullayev 2008-ci il, baş katibi Elxan Məmmədov isə 2007-ci ildə bu posta təyin olunublar. Milli komandanın uğuru?! Bu barədə yazmağa gərək yoxdu. Oxucularımız özləri məlumatlıdırlar. Keçək 9-cu pilləyə. 

Bu pillədə Hollandiya Futbol Federasiyasının prezidenti Michael van Praag yer alıb. O, 2008-ci ildə qurumun rəhbəri vəzifəsinə gəlib. Praag 2010-cu ildə millinin DÇ-2010-un final oyununun həyəcanını yaşayıb. Lakin İspaniya ilə qarşılaşan hollandlar 0:1 hesabı ilə uduzaraq dünya kubokunu əldən veriblər. 

Kipr Futbol Federasiyasının baş katibi Phivos Vakis də 2008-ci ildə vəzifəyə gəlib. Lakin o, Kipr millisinin heç bir nailiyyətinə sevinə bilməyib. 

Avstriya Futbol Federasiyasının prezidenti Leo Windtner və Şimali İrlandiya Futbol Federasiyasının baş katibi Patrick Nelson 2009-cu ildə tutduqları vəzifənin başına keçiblər. Hər iki ölkənin milli komandasının ən böyük uğuru Avro-2016-da iştirak olub. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

Facebookdan bizi izləməyi unutmayın.
X