2019/20 mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” gürcüstanlı futbolçu Merab Qiqaurini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qiqauri Kutaisi "Torpedo”sunun yetirməsidi. O, 2010-2014 və 2017-2019-cu illərdə bu klubda çıxış edib. Oyunçu Gürcüstanda "Metallurq” (2014), "Sxinvali” (2014-2015), "Kolxeti” (2015-2016) və "Rustavi” (2016-2017), Polşada "Yagelloniya”da (2011-2012) çıxış edib.
Yarımmüdafiəçi cari mövsümdə ölkə çempionatının 19 oyununda meydana çıxıb. Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu əsas millidə 1 oyun keçirib.
Qeyd edək ki, "Qəbələ” Qiqauriyə qədər Kamal Mirzəyev, Sadiq Quliyev və Fernan Ferreyra Lopeslə müqavilə imzalayıb.
Fanat.Az