"Əldə etdiyimiz razılıq Cənubi Afrika klublarından yaxşıdı".
Fanat.Az xəbər verir ki, bu sözləri Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs” klubundan "Sabah"a transfer olunan Hendrik Eksteynin meneceri Paleza Mxize deyib.
Menecer bildirib ki, 28 yaşlı yarımmüdafiəçi paytaxt klubu ilə iki illik müqavilə imzalamaq üçün Bakıya yollanıb: "Bu kollektivə qatılmaq Eksteyn üçün daha yaxşı hədəflərə doğru bir addım ola bilər. Avropada daha yaxşı oyunçuları izləyən böyük klublar var. "Sabah" ilə yeni sözləşmə daha sərfəlidi. Oyunçu oradan yuxarı çıxmaq üçün çalışmalıdı".
Fanat.Az