Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Avstriya toplanışını başa vurmaq üzrədi.
Fanat.Az xəbğr verir ki, Azərbaycan çempionu bu gün son yoxlama görüşünə çıxacaq.
Qurban Qurbanov yetirmələrini "Viktoriya" ilə qarşılaşmada sınayacaq. Görüş Bakı vaxtı ilə 19:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində "Ludoqorets”ə (Bolqarıstan) uduzub (0:2), "Universitatya Krayova” (Rumıniya) ilə qolsuz bərabərə qalıb, "Ufa”ya (Rusiya) isə qalib gəlib (2:1).
Yoxlama oyunu
2 iyul
19.00 Qarabağ (Azərbaycan) - Viktoriya (Çexiya)
Fanat.Az