Milli komandamızın üzvü Ramil Şeydayev Moskva "Dinamo”sunda tibbi baxışdan uğurla keçib.
Fanat.Az xəbər verir ki, bu barədə sport24.ru saytı məlumat yayıb. 23 yaşlı forvardın səhhətində və fiziki durumunda heç bir problem aşkarlanmayıb.
Tezliklə onunla rəsmi müqavilə imzalanacaq. Anlaşmanın müddəti və detalları açıqlanmır.
Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm Rusiyanın "Krılya Sovetov” klubunda çıxış edib. Samara təmsilçisinin heyətində 18 Premyer Liqa oyununa çıxan futbolçumuz 4 qol vurub və bir məhsuldar ötürmə verib.
Fanat.Az