Növbəti mövsümə Türkiyədə hazırlaşan "Qəbələ” bu gün yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar” Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışında ilk sınağına çıxıb və rəqib Ukraynanın "Mariupol” klubu olub.
Qarşılaşma təmsilçimizin 2:1 hesabla qələbəsi ilə başa çatıb. Bütün qollar ilk yarıda vurulub.
Yoxlama oyunu
7 iyul
Qəbələ (Azərbaycan) - Mariupol (Ukrayna) 2:1
Qollar: Ülvi İsgəndərli, 2. Roman Hüseynov, 17 - Ruslan Fomin, 34-pen.
Qəbələ: Anar Nəzirov, Amin Seydiyev, Murad Musayev, Sadiq Quliyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopes, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.
Hendek Atatürk stadionu.
Fanat.Az