Azərbaycanlı FIFA referisi Rəhim Həsənov UEFA-dan təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Avropa Liqasının I təsnifat mərhələsində iş başında olacaq. Belə ki, Həsənov Trnava "Spartak”ı ilə Bosniya və Herseqovina klubu "Radnik Bijeljina” arasında Slovakiyada keçiriləcək cavab qarşılaşmasını idarə edəcək.
İyulun 18-də baş tutacaq matçda onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Fanat.Az