"Qəbələ"nin futbolçusu Ceyms Adeniyini icarəyə verib.
Fanat.Az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını İsraildə davam etdirəcək. O, yüksək liqada çıxış edən "Hapoel"ə (Kiryat Şmona) keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, bir il İsrail klubunda çıxış edəcək.
Qeyd edək ki, Adeniyi ötən mövsüm "Qəbələ"nin heyətində 31 oyuna 12 qol vurub. Onun müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Fanat.Az