"Ötən mövsüm "Sabah" 7-ci yeri tutub. Bu mövsüm ilk "3-lük"də istənilən yerə iddia etsək, bunu öhdəsindən gələ bilərik. Mənim üçün bu, "Bafana forması ilə böyük anlam kəsb edəcək".
Fanat.Az əbər verir ki, bus sözləri "Sabah"ın Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" klubundan transfer etdiyi Hendrik Eksteyn deyib.
28 yaşlı hücumçu Azərbaycana məzuniyyətə yox, səylə çalışmağa gəldiyini bildirib. O, keçidində əsas amillərdən biri kimi avrokuboklarda iştirak hədəfini vurğulayıb: "Hər bir futbolçu legioner həyatı yaşamağı arzulayır. Amma bundan ötrü əvvəlcə özünüzü evinizdə göstərməli, sonra isə xaricdən özünüzə maraq yaratmalısınız. Xoşbəxtəm ki, bu istəyimi yerinə yetirdim. Çempionatı ilk "3-lük"də bitirsək, avrokuboklarda çıxış edəcəyik. Komandama Avropa Liqasına vəsiqə qazanmaqda kömək edə bilsəm, çox şad olaram".
Eksteyn əvvəllər "Qarabağ"da çıxış etmiş həmyerlisi Dino Ndlovuya da minnətdarlıq edib: "Dino mənə çox kömək etdi. O, cənubi afrikalıların Azərbaycana gedişinin təməlini qoyub. Bakıda isti qarşılandım və evim üçün darıxmıram".
Fanat.Az