Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
İlk oyun günündə 4 matç keçirilib.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Qarabağ” "Dundalk” (İrlandiya) səddini keçə bilməsə, mübarizəyə Avropa Liqasında davam edəcək. Ağdam klubunun 3-cü təsnifat mərhələsindəki potensial rəqibi bu gün keçirilən "Feronikeli” (Kosovo) – "Slovan” (Slovakiya) matçının qalibi olacaqdı. İlk oyunda (2:1) olduğu kimi, səfərdə də qələbə (2:0) qazanan "Slovan” "Qarabağ” – "Dundalk” cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, mərhələnin bir oyunu sabah, təmsilçilərimiz "Neftçi" və "Qəbələ"nin görüşləri də daxil olmaqla, digər matçlar isə avqustun 1-i keçiriləcək.
Onu da qeyd edək ki, "Qarabağ" - "Dundalk" cütünün qalibi Çempionlar Liqasında APOEL-ə (Cənubi Kipr) rəqib olacaq.
Avropa Liqası
30 iyun
"Feronikeli" (Kosovo) – "Slovan" (Slovakiya) - 0:2
Qollar: De Marko, 19, Holman, 54,
İlk oyun – 1:2