Bu gün Avropa Liqasının II təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi "Qəbələ” də bu gün növbəti matçına çıxıb.
Gürcüstanın "Dinamo” klubu ilə mübarizə aparan "qırmızı-qaralar” bu dəfə Tiflis təmsilçisi ilə səfərdə üz-üzə gəlib. İlk görüşdə 0:2 hesabı ilə uduzan əyalət təmsilçisi cavab oyununda da uduzaraq Avropa Liqası ilə vidalaşıb.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
21.00 Dinamo (Tiflis, Gürcüstan) - Qəbələ (Azərbaycan) 1:0
"Dinamo": 1. Perales Najera, 3. Viktor Mongil, 5. Davit Kobouri, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya (k), 15. Georgi Papava, 16. Georgi Kimadze, 19. Levan Kutaliya, 24. Nodar İaşvili, 32. Nika Ninua, 38. Nodar Kavtaradze.
Ehtiyat oyunçular: 12. Sergey Litovçenko, 2. Qudza Ruxaya, 4. Abdel Mediub, 6. Bakar Kardava, 9. Kvame Karikari, 11. Akaki Şulaya, 14. Arfanq Daffe.
Baş məşqçi: Feliks Miranda.
"Qəbələ": 1. Anar Nəzirov (k), 2. Amin Seydiyev, 3. İvitsa Zuniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio, 11. Asif Məmmədov, 13. Kristian Kouakou, 21. Ferreyra Lopes, 77. Merab Giqauri.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 6. Kamal Mirzəyev, 7. Roman Hüseynov, 14. Ülvi İsgəndərov, 19. Rövlan Muradov, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Sənan Qurbanov.
Hakimlər: Petri Vilyanen, Riku Vihreavuori, Mika Lamppu, Dennis Antamo (Finlandiya).
Hakim-inspektor: Yens Larsen (Danimarka).
UEFA nümayəndəsi: Sergey Lisnik (Moldova).
Tiflis. Boris Payçadze adına stadion.
Fanat.Az