Ötən həftə "Matç TV”nin qonağı olan Nazim Süleymanov yenidən Moskvaya dəvət olunub.
Fanat.az xəbər verir ki, həmyerlimizə dəvət yenə də eyni televiziya kanalından gəlib.
Süleymanov bu gün ərzində "Matç TV” efirindən "Neftçi” – "Arsenal” oyunu ilə bağlı aparılan müzakirələrə qatılacaq. Onunla birlikdə Rusiya futbolunun məşhur simaları bu qarşılaşmanı analiz edəcəklər.
Qeyd edək ki, "Neftçi” – "Arsenal” qarşılaşması bu gün saat 21:00-da "Bakcell Arena”da keçiriləcək.
Fanat.az