"Nəhayət ki, uğursuzluq sindromu başa çatdı. Xeyli müddət idi xal qazana bilmirdik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Tobol"un qapıçısı Emil Balayev deyib.
Azərbaycan millisinin üzvü komandasının Qazaxıstan Premyer Liqasının XXI turunda səfərdə "Atırau"ya 1:0 hesabı ilə qalib gəldiyi oyunu şərh edib: "Bu oyuna ciddi hazırlaşmışdıq. "Tobol" üçün üç xal vacib idi. Fədakar davrandıq, futbolçular meydanda vuruşdular. İkinci hissədə qol epizodları oldu. Bundan yararlanmalı idik. O zaman oyunun sonluğu daha asan alınardı. Rəqib getdikcə təzyiqi artırmağa çalışırdı, biz isə əks-hücumlarla cavablarını verirdik. İstənilən halda bu, minimumdu. Ancaq bu qələbə psixoloji baxımdan önəmlidi".
Qeyd edək ki, 21 turdan sonra "Tobol" 42 xalla turnir cədvəlinə başçılıq edir.
Fanat.Az