"Topaz" şirkəti Peşəkar Futbol Liqası ilə əməkdaşlığı dayandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə PFL-in prezidenti Ramin Musayev bu gün keçirilən yeni mövsümün püşkatma mərasimindən öncə məlumat verib.
Qurum rəhbəri bildirib ki, artıq mərc operatoru ilə əməkdaşlıq başa çatıb. Yeni sponsorla bağlı qərar çempionatın startınadək veriləcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası 2012-ci ildən Topaz Premyer Liqası adlanırdı.
Fanat.Az