Ukraynalı hücumçu Marko Deviç "Sabah”dan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə forvard "Instagram" hesabından məlumat yayıb.
Ukraynalı futbolçu komanda ilə vidalaşıb. 36 yaşlı hücumçu "Sabah”a hər şey üçün təşəkkür edib.
Karyerası ərzində "Şaxtyor” (Donetsk, Ukrayna), "Rubin” (Rusiya), "Rostov” (Rusiya) kimi klublarda forma geyinən Marko Deviç "Sabah”a ötən ilin yayında İsveçrənin "Vaduts” komandasından keçmişdi. Forvard ötən mövsüm Azərbaycan Premyer Liqasında meydana çıxdığı 21 oyunda 8 qol vurub.
Fanat.Az