AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinin sədr müavini Orxan Hüseynzadə yeni təyinat alıb.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumu UEFA həmyerlimizi Avropa Liqasının pley-off görüşünə təyin edib.
Belə ki, Hüseynzadə avqustun 22-də Astanada baş tutacaq "Astana" - BATE (Belarus) qarşılaşmasında iş başında olacaq. O, ukraynalı hakimlər briqadasının idarə edəcəyi görüşdə UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, Hüseynzadə iyulda Maltada keçirilmiş "Valletta" - "Düdelanj" (Lüksemburq) görüşünə də təyinat almışdı.
Fanat.Az