AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun I turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib. Qəbul olunan qərarları təqdim edirik:
* "Qaradağ Lökbatan” - "Sumqayıt-2” matçında "Qaradağ Lökbatan” klubunun "A” buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə olunur.
- "Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında təsdiq etmədiyinə görə klub 80 manat cərimə olunur.
* "Neftçi-2” – "Keşlə-2” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
- Oyunun 47-ci dəqiqəsində "Keşlə” klubunun 66 №-li futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
- Oyunun 75-ci dəqiqəsində "Neftçi” klubunun 75 №-li futbolçusu Nihad Qurbanlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur
* "Zaqatala” – "Sabah-2” matçının 24-cü dəqiqəsində "Zaqatala” klubunun 17 №-li futbolçusu Bəhruz Teymurov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
- "Sabah-2” klubunun nümayəndəsinin oyun öncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunur.
* "Zirə-2” – "Ağsu” matçında "Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
- Oyun öncəsi iclasda təcili tibbi yardım nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur.
* "Səbail-2” – "Turan Tovuz” matçında "Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
- Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə meydan sahibi klub 80 manat cərimə olunur (minumum 18 yaş).
* "Kəpəz” və MOİK matçında "Kəpəz” klubunun "A” buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə olunur.
Fanat.Az