Portuqaliya yüksək liqasında növbəti turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, milli komandamızın hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Pakuş de Ferreyra” "Maritimo”nu qəbul edib və 0:1 hesabı ilə uduzub.
İlk matçında olduğu kimi, əsas heyətdə yer alan gənc futbolçumuz bu dəfə bütün 90 dəqiqəni meydanda olub.
Qeyd edək ki, 4 turdan sonra "Pakuş de Ferreyra” 1 xalla turnir cədvəlində sonuncu – 18-ci yerdədi.
Fanat.Az