11:54 05.09.2019 2588

Araqarışdıran Anton

İlqar Tağıyev

Bu əhvalat 57 il əvvəl baş verib. 1962-ci il Çilidə təşkil olunan mundialın yarımfinalında Braziliya ilə Çili qarşılaşırdı. Əfsanəvi Qarrinçanı dayandırmaq müşkül məsələ idi. 9 və 32-ci dəqiqələrdə fərqlənən braziliyalını rəqib futbolçular daha çox qayda pozuntusunun hesabına saxlayırdılar. 83-cü dəqiqədə çilili Eladio Roxasın növbəti qayda pozuntusundan sonra Qarrinça cavab olaraq zarafatla Roxasın ayağına vurdu. Roxas zarafatı qəbul etsə də, perulu hakim Arturo Yamakasi bunu ciddiyə aldı və Qarrinçanı "qırmızıya qonaq etdi".

Yadıma bir hadisə də düşdü. 2017-ci ildə Qarrinçanın həmyerlisi, məşhur Kaka da yersiz zarafatın qurbanı olmuşdu. MLS-də "Nyu-York Red Bullz" - "Orlando Siti" matçının sonlarında (3:1) futbolçular arasında insident yaşanmışdı. Qonaqların futbolçusu Kaka mübahisə edənləri ayırarkən arxadan əli ilə rəqib futbolçu Orelyan Kollininin ağzını tutmuşdu. Əlbəttə, bu da zarafat idi.  Kaka mübahisə iştirakçılarından olan keçmiş komanda yoldaşı, dostu Kollinini bu yolla sakitləşdirmək istəmişdi. Kollininin zarafatı qəbul etdiyi açıq-aşkar görünsə də, videotakrara baxan hakim əksini düşünmüş və Kakanı meydandan qovmuşdu.



Keçək öz futbolumuza. Premyer Liqanın 3-cü turunda "Neftçi" - "Sumqayıt" matçında bənzər hadisə baş verdi. "Neftçi"nin qapıçısı Səlahət Ağayev "Sumqayıt”lı Şəhriyar Əliyevlə mübarizədə topu tutduqdan sonra rəqibin başına yüngülvari "sığal çəkdi". Bu hərəkət matçın hakimi Səbuhi Bayramovun gözündən yayınmadı və haqlı olaraq  meydan sahiblərinin qapısına penalti təyin etdi. Bildiyim qədər Səlahətlə Şəhriyarın adi həyatda dostluq münasibətləri yoxdur və Ağayev Əliyevi bəlkə də zarafatla, ərkyana vurub. Amma futbol meydanı zarafat yeri deyil. Doğrudur, referi bu yersiz zarafata görə Səlahəti meydandan qovmadı, yalnız sarı vərəqə ilə kifayətləndi. Əslində, rəqibi bilərəkdən vurmağın və ya buna cəhdin cəzası qırmızı vərəqədi.

Qaydalar nə deyir? FİFA-nın "Oyun qaydaları 2018/2019" buraxılışında bu barədə hər şey açıq-aydın göstərilib. "Qayda pozuntuları və intizamsız davranış" bölümündə göstərilib ki,  futbolçu rəqibi əllə və ya başla vurarsa, yaxud vurmağa cəhd edərsə, qayda pozuntusu qeydə alınır. İndiki halda cərimə meydançası daxilində qeydə alınan qayda pozuntusuna görə qaydalara əsaslanaraq penalti təyin olunmalı idi və Səbuhi Bayramov da bunu etdi.

"Neftçi" - "Sumqayıt" oyunun təkcə bu neqativ halla yadda qalmadı. Matçın son dəqiqələrində "flaqman"ın vurduğu qələbə topundan sona komandanın müdafiçisi Anton Krivotsyuk "Sumqayıt"ın ehtiyat oyunçular skamyasına tərəf qaçaraq qolu çılğınlıqla bayram etdi. Nəticədə əsəbləri tarıma çəkilən Vurğun Hüseynovla arasında az qala dava-dalaş düşəcəkdi. Futbolçuları vaxtında ayırsalar da, Vurğun Antona sillə ata bildi. Təbii ki, Vurğun futbolçuya yaraşmayan hərəkətinə görə meydandan qovuldu. Anton da həmçinin. Amma ikinci sarı ilə. 

Adını çəkmək istəmədiyim "Sumqayıt"lı futbolçularla söhbət zamanı onlar Antonun söyüş söydüyünü iddia etdilər. Bunu oyunsonrası mətbuat konfransında Ayxan Abbasov da bildirdi. Məhz Antonun təhqiramiz ifadələr işlətməsi Vurğunu özündən çıxarıbmış. Antondan başqa ehtiyat oyunçular skamyasına tərəf tərbiyəsiz jest edən Kirill Petrov isə cəzasız qaldı. 

Oyun zamanı futbolçular arasında insidentlərlə tez-tez rastlaşsaq da, məşqçilər arasında dava-dalaş nadir hallarda baş verir. Yenə də yaddaşımızı təzələyərək misal gətirək. Mübahisəyə meylli məşqçilər arasında yarış keçirilsəydi, şübhəsiz 1-ci yer Joze Mourinyoya verilərdi. Meydanda və meydandan kənarda daim qeyri-adi hərəkətləri ilə yadda qalan Mourinyo nə qədər yaxşı məşqçidirsə, bir o qədər də eqoist və özündənrazıdır. Arsen Venger, Xose Qvardiola, Yurgen Klopp, Tito Vilanova... Bunlar Mourinyonun dava elədiyi məşqçilərdi. Sonuncu dünyasını dəyişib. Elə Mourinyonun Vilanovaya qarşı elədiyi hərəkəti xatırlayaq. 2011-ci ildə İspaniya Superkuboku uğrunda "Barselona" "Real"la qarşılaşırdı. "Santyaqo Bernabeu"dakı ilk oyun heç-heç başa çatmışdı - 2:2. Cavab matçının 51-ci dəqiqəsində hesab 2:1 "Barselona"nın xeyrinə olarkən qonaqların müdafiəçisi Marselo David Vilyaya qarşı kobud oynadı və ara qarışdı. Futbolçuların özlərindən çıxdığı bir anda Mourinyo aranı sakitləşdirmək əvəzinə "Barselona"nın məşqçisi Tito Vilanovaya sillə vurdu. Buna görə İspaniya Futbol Federasiyası Mourinyonu ölkə superkubokunda 2 oyunluq cəzalandırdı və 600 avro məbləğində cərimələdi. Bir müddət sonra Vilanovadan üzr istəyən portuqaliyalı həmkarının xərçəngdən əziyyət çəkdiyini eşidəndə demişdi: "Həyatda üç ən böyük arzum? Birincisi Vilanovanın sağalmasıdı". 

Eyni hal haqqında bəhs etdiyimiz "Neftçi" - "Sumqayıt" matçında da yaşandı. "Neftçi"nin qapıçılarla işləyən məşqçisi Etibar Tarıverdiyevin aranı sakitləşdirməyə çalışan "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasova sillə vurmasına haqq qazandırmaq mümkün deyil. Doğrudur, deyilənə görə, oyundan sonra Etibar Tarıverdiyev Ayxan Abbasovla görüşüb və barışıblar. Amma nə fayda, artıq gecdi.

Ümumiyyətlə, "Neftçi"dəki nizam-intizam heç də həmişə istənilən səviyyədə olmayıb. Zaman-zaman istər klubun düşərgəsində, istərsə də, meydanda futbolçular yersiz hərəkətləri ilə yadda qalıblar. Bu gün də vəziyyət dəyişməyib. Ötən mövsüm "Zirə"nin baş məşqçisi Samir Abasovla, bir müddət əvvəl Avroliqada "Bney Yehuda" ilə cavab matçından sonra yəhudilərin çalışdırıcısı Yossi Abukasislə mənasız mübahisəyə girişən baş məşqçi Roberto Bordin yersiz hərəkətlər edəndə futbolçulardan nə gözləməliyik ki? Mourinyo dünyaca məşhur məşqçidi, dili də var, dilçəyi də. Bizim məşqçilər isə bir qədər sakit olsalar yaxşıdı.

AFFA-nın İntizam Komitəsinin çərşənbə axşamı keçirilən iclasında çıxarılan qərarlar bir qədər təəccüblü oldu. Anton Krivotsyuk 1, Vurğun Hüseynov 3 oyunluq cəza aldılar. Etibar Tarıverdiyevin cəzası isə nə az, nə çox 20 oyundu. Məşqçiyə verilən cəzanın nə dərəcədə ədalətli olduğunu İntizam Komitəsinin üzvlərinin insafına buraxaq. Amma aranı qarışdıran Anton üçün 1 oyun həddən artıq yumşaq qərardı. 

Yazıya Qarrinçanın başına gələn əhvalatla başlamışdıq, onunla da bitirək. Oyundan sonra Braziliyanın baş naziri Çiliyə teleqramma göndərərək Qarrinçanın cəzasının ləğv olunmasını xahiş etdi. Bu məsələ ilə bağlı iclas keçirən FİFA baş nazirin xahişini yerə salmadı. Finalda Çexoslovakiyaya qarşı oyunda iştirak edən sambaçının komandası 3:1 hesablı qələbə qazanaraq çempion adını qazandı. 

Qarrinça bağışlandı. Onun hərəkətinə müəyyən qədər haqq qazandırmaq olardı. Elə Kakanın da. Mourinyo da Vilanovaya vurduğu silləyə görə cəzasını aldı. Anton, Kirill və Etibar Tarıverdiyev isə... İntizam Komitəsinin cəzası bir müddət sonra bitəcək. Pul cərimələri də ödəniləcək. Əsas cəza klub tərəfindən gəlməlidi. Əks təqdirdə, rəhmətlik Böyükağa Hacıyevin təbirincə, Anton, Kirill, Bordin və digərləri jurnalistlərə mövzu verməkdə, eyni zamanda «Neftçi»nin adına xələl gətirməkdə davam edəcəklər.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X