17:24 11.09.2019 1645

Nazim Süleymanov: “AFFA-ya müraciət edəcəyik ki, bizə yer versinlər”

Xəbər verdiyimiz kimi, bu gün Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqınım iclası keçirilib. İclasda bundan sonra AFFA Azad Həmkarlar İttifaqı adlanacaq təşkilata sədr Nazim Süleymanov seçilib.
 
Fanat.az xəbər verir ki, Süleymanov, iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Əvvəlcə biz təsis qrupu yaratmışdıq. Bu qrupla birgə fəaliyyət göstərirdik. Daha sonra AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşdük. Bu görüşdə bəlli oldu ki, AFFA-da Həmkarlar İttifaqı yoxdur. Bildiyiniz kimi, bu müddət ərzində müxtəlif bölgələrdə olduq. Futbol ictimaiyyətinin nümayəndələri ilə görüşdük. Bundan sonra qərara gəldik ki, belə bir ittifaq federasiyada yoxdursa, bunu Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı yox, Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın Həmkarlar İttifaqı kimi yaradaq.

- Bu adla, məsələylə bağlı yəqin AFFA-nın razılığını almısız...
- Bildiyiniz kimi, Həmkarlar təşkilatı Heydər Əliyevin imzaladığı qanundur. Bu təşkilat heç kimdən icazə almadan öz fəaliyyətini göstərir.

- Bəzi veteran futbolçular, dəqiq desək, Veteranlar Şurasının sədri Oqtay Abdullayev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov mətbuata açıqlamalarında, bu görüşə dəvət almamalarını bildiriblər. Eyni zamanda, onlar sanki bu təşkilata "solaxay” baxırlar.
- Həmkarlar İttifaqı və ya digər təşkilatların hansısa fərqi varmı? Bunlar fərqlidirlər və belə fərq varsa, biz bir-birimizə dəstək olmalıyıq. Digər təşkilatlar haqqında danışmaq fikrində deyiləm. Biz bu təşkilatı bu gün təsis etdik. Kim bu təşkilatın üzvüdürsə, o da iştirak etdi. Biz AFFA-ya müraciət edərək, dəvət etdik. Başqa kimə dəvət göndərməliyik ki?

- Gələcək fəaliyyətiniz nələrdən ibarətdir?
- Bu barədə müzakirələr aparıb, danışmışıq. Fəaliyyəti genişləndirmək, bölgələrdə də bu komitəni yaratmaq, eyni zamanda sıralarımızı artırmaq əsas məqsədimizdir. Bu gün üzvlərimizin sayı 150-dən çoxdur. Çalışırıq ki, Azərbaycan futboluna xidmət edək, bu sahədə olan haqsızlıqları aradan qaldıraraq, futbol ictimaiyyətində çalışan insanların haqqlarını qoruyaq.

- Bu təşkilatın hansı səlahiyyətləri olacaq?
- Əvvəlcə AFFA-ya müraciət edəcəyik ki, bizə yer versinlər. Bu qurum bizə məhdudiyyət yox, şərait yaratmalıdır.

- Bəs bu şərait yaradılmayıb, əvəzində AFFA özü belə təşkilat yaratsa, necə olacaq?
- Biz ictimai təşkilatıq və bu, bizim hamımızındır. Bunun üçün də hamımız birgə çalışmalıyıq.

- Bölgələrdə nümayəndələrinizin olacağını dediz. Bu istiqamətdə işlər aparılır?
- Müəyyən görüşlər keçirilib və belə görüşlər davam etdiriləcək. Bölgələrdəki komitələrimizdə də sədr seçib, əsas təşkilata birləşdirəcəyik. (komanda.az)
 
Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X