"Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Səbail"ə evdə 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvəvlcə oyun haqda fikirlərini bildirib:
- İlk növbədə rəqibi qəbələ münasibəti təbrik edirəm. Gözləmirdim ki, belə pis başlayarıq. İlk dəqiqələrdən komanda "yatmışdı”. İki qoldan sonra oyunu ələ ala bildik. Hər halda, ikinci hissəni bütövlüklə hücumda keçirdik, ancaq son nöqtəni qoya bilmədik. Bəlkə də, iki qələbədən sonra arxayınlıq yaranmışdı. Keçən keçib. Epizodlarımız oldu, demək bu gün bizim günümüz deyilmiş. İrəli baxmaq lazımdı. Sentyabrın 22-də "Neftçi"yə ağır matçımız var. Həmin qarşılaşmaya yaxşı hazırlaşmalıyıq.
- İlk qolun təkrarına baxmısınız?
- Xeyr, heç nəyə baxmamışam.
- Oyundankənar vəziyyət var idi...
- Oxşayırdı. Ancaq heç nəyi geri qaytara bilmərik. İlk iki turda
iki futbolçu itirmişdik, ancaq Hakimlər Komitəsinin sədri hakimlərin səhvləri olduğunu demişdi. Olan oldu. İrəli baxmalıyıq. Çünki heç nəyi qayatra bilmərik.
- Dediniz ki, ilk hissədə
komanda "yatmışdı". Onları oyatmaq üçün hansı "iynədən"
istifadə etdiz?
- Yeni komandayıq. 4 turun hamısında ilk hissələri yaxşı keçirməmişik.
Bilmirəm, bu, nəylə bağlıdı. Bəlkə də, ehtiyatlı davranırlar. Futbolçuları
sadəcə, sözlə motivasiya etdik. Komanda uduzursa, nəsə deyirsən ki, onlara
toxunsun. Futbol aqressiyasız mümkün deyil. Rəqibi belə oyuna görə təbrik
edirəm. Biz də hər matçda belə oynamalıyıq. (sport24.az)