21:30 15.09.2019 1850

"İndi Essyenə imkan yarada bilmirik"

"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Keşlə"yə səfərdə 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.


Fanat.Az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda danışıb.


- Bilirdik ki, "Keşlə" son zamanlar yaxşı formadadı. Maraqlı oyuna görə rəqibi təbrik edirəm. Necə təsəvvür edirdiksə, həmin komandanı da gördük. Tərlan Əhmədova alqış düşür ki, qısa müddətdə belə komanda hazırlayıb. İki fərqli hissə izlədik. Komanda tapşırıqları yerinə yetirməyə çalışdı. İlk hissədə istədiklərimiz alınırdı. Fasilədən sonra "Keşlə"nin təzyiqi artıracağını gözləmək olardı. İkinci hissəni rəqibin aktivinə yazmaq olar. Ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra müdafiəyə diqqət etməli olduq. Futbolçuları layiqli qələbəyə görə təbrik edirəm.


- İkinci hissədə oynadığınız taktika nə idi?
- Qeyd etdiyim kimi, müdafiədən oynamalı idik. İkinci hissəəd bu plandakı oyunumuz azı qaldım. Ancaq hücumlarımız o qədər də kəsərli alınmadı. Futbolçulardan 90 dəqiqə hücum etməyi istəyə bilmərik. Planımız nə idisə ona uyğun oynadıq. Sırf nəticəni düşünürdük. Dəyişikliklər buna hesablanmışdı.


- "Səbail”in büdcəsi azaldılıb və Maykl Essyen kimi ödənişli futbolçu ehtiyatda qalır. Onu oynatmayacaqsızsa, niyə saxlayırsız?
- Essyen ayrı bir söhbətdi. Ümumi futbolumuz naminə fərqli bir layihə kimi baxmaq lazımdı. Onun aramızda olması bizim üçün üstünlükdü.


- Hansı üstünlükdü?
- Bu gün Ədilxan kimi gənc oyunçu ondan nümunə götürür. Essyen bütün futbolçular üçün nümunədi. Bu, o demək deyil ki, həmişə oynamalıdı. Çalışırıq ki, nəticəni düşünək və sistemə uyğun futbolçuları meydana buraxaq. Oyun ola bilər ki, start heyətində meydana çıxsın. Bu, Çempionlar Liqasında gördüyünüz Essyen deyil. Ancaq o da digər futbolçularımız kimi çalışır. İndi ona imkan yarada bilmirik. Onsuz da futbolçu sayı azdı, ona da şans verəcəyik.


- Mirabdulla Abbasovun əvəzlənməsi nə ilə bağlı idi?
- Birinci hissədə zədə almışdı. Ağrıya-ağrıya oynadı. Fasilədə danışdıq ki, davam edə bilməsə, meydandan çıxaracağıq.


- Eltun Yaqublunun məşhur videosu ilə bağlı nə deyə bilərsiniz?
- İstəmirəm ki, belə şeylər çox şişirdilsin. Ora özbaşına girib çıxmamışıq. Tək Eltun yox, digərləri də orda maşın saxlayıb. Çünki qapı ora yaxındı. Bu haqda çox danışmağa gərək yoxdu. Stadion rəhbərliyi ilə anlaşmışıq. Düşünürəm ki, artıq belə hallar yaşanmaz. Heç kimin xəbəri yox idi ki, orda maşın saxlamaq olmaz. Eltuna irad bildirildi, ancaq heç kimə qadağa qoya bilmərik ki, məşqə maşınsız gəl. Hadisə istəməyərəkdən baş verib. Sadəcə, ürəyindən video çəkmək keçib. Başqa bir niyyəti, kiməsə sataşmaq məqsədi olmayıb. Eltun kapitanımızdı. İstəməzdim ki, bununla bağlı iradlar olsun.



 

 


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X