AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Ağsu"nun futbolçusu Ceyhun Rəcəblini 4 oyunluq cəzalandırıb.
Fanat.Az xəbər verir ki, buna oyunçunun II turda "Səbail-2" ilə matçda hakimi təhqir etməsi səbəb olub. Əyalət təmsilçisi bunun üçün 320 manat məbləğində cərimələnib.
I divizionun III turunun "Səbail-2” – "Sabah-2” matçında "Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Fanat.Az