Yeni idman verilişi “Arena” yayıma başladı - VİDEO
Yeni mövsümdən "Lider" TV-nin efirində idman verilişi tamaşaçılara təqdim olunur.
Fanat.Az xəbər verir ki, hər həftənin bazar ertəsi saat 21:00-da "Arena" idmansevərlərlə görüşə gəlir.
Məqsəd ölkə idmanında baş verən ən son hadisələrin, yarışların, idmançılarımızın nəticələrinin müzakirəsi və idmana olan diqqəti bir daha tamaşaçılara təqdim etməkdir. "Arena"da yayımlanan maraqlı sujetlərdə isə müasir standartlara cavab verən idman infrastrukturları haqda daha geniş məlumat almaq mümkündür.
Artıq sentyabrın 16-da "Arena"nın ilk buraxılışı efir üzü görüb. Aparıcısı Rövşən Əhlimanoğlunun olduğu verilişdə milli komandanın AVRO-2020-nin seçmə mərhələsindəki son oyunları müzakirə edilib. Qonaqlar isə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla və Sport24.az saytının baş redaktoru Ceyhun Əliyev olub.