15:38 23.09.2019 1733

“Anam dedi ki, getsən, özümü öldürərəm”

Deyir ki, insan həmişə ədalətli olmalıdır. Ağa ağ, qaraya qara deməyi bacarmaq insandan böyük hünər tələb edir, ona görə də bunu hər kəs bacarmır. Tale elə gətirib ki, zamana-zaman haqsızlıqlara məruz qalıb. Buna baxmayaraq, atasının "Fuad, heç zaman mübahisə etmə, sənə pislik edənlərə yaxşılıqla cavab ver” sözlərini həyat devizinə çevirib. Deyir ki, 80 ildir gənc qalmasının ən əsas səbəbi də məhz budur.

Müsahibim 18 yaşında gənclər arasında SSRİ-nin ən güclü hücumçusu adına layiq görülən veteran futbolçumuz Fuad Tağızadədir.

O, 1939-cu ildə Bakıda ziyalı ailəsində anadan olub. Bu il 80 illik yubileyini qeyd edir: "Ailədə beş bacı, bir qardaş idik. Hamımız birlikdə yaşayırdıq. Atam müəllim idi, bütün günü işləyirdi. Anam isə ali təhsilli olmağına baxmayaraq, işləməyib bizim tərbiyəmizlə məşğul olurdu. Evimizin yanındakı bağçaya gedirdim. Bağçanın həyətində bir dənə də olsun ağac yox idi, hər yer torpaq idi. Çox nadinc uşaq idim. Bütün günü orada futbol oynayırdım. Sonradan ailəm məni musiqiyə də yönəltdi. Anam Üzeyir Hacıbəylinin xalası qızı idi. Futbol oynamağımı istəmirdi. Üçüncü sinifdə oxuyanda məni musiqiyə yönəltmək istədilər. Skripka çalırdım, amma futbola olan sevgim və həvəsim hər şeydən üstün idi. Hətta ilk dəfə Leninqrada futbol oynamağa gedəndə anam dedi ki, getsən, özümü öldürərəm. Birtəhər onu razı salmışdım. Dayım evimizə gəldi, dedi ki, uşaqdan nə istəyirsiniz, imkan verin öz istədiyi sahəyə getsin. Ətrafımda olan uşaqların içərisində tək azərbaycanlı mən idim. Qalan bütün uşaqlar erməni, rus, yəhudi idi. Amma hələ uşaq olarkən onların arasında böyük hörmətim var idi. Çünki çox yaxşı futbol oynaya bilirdim. Futbolda ən vacib olan sürətdir, mən də hələ uşaqlıqdan çox sürətli idim”.
 
Yalandan deyə bilmərəm ki, əlaçı olmuşam

Orta məktəbi Bakıda oxuyan müsahibim deyir ki, məktəb illərində də çox davakar olub: "Sinfin ən nadinc uşaqlarından biri mən idim. Bütün günü dava edirdik. Düzü, dərslərimi çox da yaxşı oxuya bilmirdim. Çünki vaxtımın çoxu küçələrdə top qovmaqla keçirdi. Orta səviyyədə oxuyan bir şagird sayılırdım. İndi yalandan deyə bilmərəm ki, əlaçı olmuşam. Amma onu da deyim ki, bütün nadincliklərimə baxmayaraq, müəllimlərim həmişə məni çox istəyib, böyük hörmət qoyublar. Bəlkə də bu, mənim şəxsi keyfiyyətlərimə görə idi. Çünki atam həmişə deyirdi ki, nə qədər nadinc olsan da, müəllimlərinə hörmət elə”.

O, futbolda ilk nailiyyətlərindən də danışdı: "1957-ci ildə "Əmək Ehtiyatları” cəmiyyətlərinin yarışı keçirilirdi. Tbilisidə keçirilən yarımqrupda yaxşı çıxış etdik və ODO Tbilisidən  dəvət aldım. Həmin vaxt gənclər futbol məktəbləri arasında Xarkovda yarış keçirilirdi. Məşqçimdən teleqram gəldi ki, "Fuad attestatını, butslarını götür, tez gəl Xarkova”. Xarkova getdim. 6 komandanın iştirak etdiyi bir turnir idi. İlk iki oyunu buraxsam da, sonrakı oyunlarda yaxşı performans göstərdiyimə görə turnirin ən güclü hücumçusu seçildim. Demək olar ki, bütün oyunlarda özümü müsbət tərəfdən göstərə, qol vura bilirdim. O vaxtı mənim cəmi 18 yaşım var idi. Soyadıma görə məni "Zade” deyə çağırırdılar. Müəllimlərim deyirdi ki, "Zade”ni çıxarın meydana, hamıdan yaxşı oynayacaq. O illərdə Leninqrad Bədən Tərbiyəsi Texnikumunda təhsil alırdım. 1960-cı ildə "Zenit”də oynamağa başladım. Bu komandaya Oşenkov tərəfindən dəvət aldım. Bu komanda mənim əmək kitabçama qeyd olunan ilk iş yerim idi”.

Maestro Niyazi tapşırıb ki, Fuadı özünüzlə aparın

Həmsöhbətim deyir ki, atası futbol oynamağına mane olmayıb, amma hər zaman övladının təhsil almağını arzulayıb: "Atam Neft-Kimya Texnikumunda həmişə mənə yalvarırdı ki, bilirəm, futbolu çox sevirsən, amma heç olmasa bir texnikum bitir, bir ixtisasa yiyələn. Üç il sonra, 1960-cı ildə Bakıya qayıdaraq "Neftçi”də oynamağa başladım. Fürsətdən istifadə edib, Bədən Tərbiyəsi və İdman Akademiyasında bədən tərbiyəsi müəllimi fakültəsində təhsil aldım. Eyni zamanda Politexnik İnstitutunda avtomobil nəqliyyatının inhisarlaşdırılması fakültəsinin axşam şöbəsində təhsilimi davam etdirdim.

Müəyyən səbəblərə görə bir il sonra Leninqrada qayıtdım. Həmin vaxt  "Zenit”ə cəlb olundum. Lakin mövsümün əvvəlində Kiyev "Dinamo”suna qarşı keçirilən oyunda ağır zədə aldım. Ayağımda iki damar qırıldı, məni Moskvaya apardılar. Həmin vaxt fikirləşdim ki, görəsən, gələcəyim necə olacaq? Buna baxmayaraq, futbola olan sevgim həmişə bütün sevgilərdən üstün olub.

1963-cü ildə komandamız Əl-Cəzairə yollansıq. Məşqçimiz Ələkbər Məmmədov idi. Rəhbərlik mənim oynamağımı istəmirdi. Buna görə də bir qədər təəccüblü idim. Sən demə, dayım maestro Niyazi tapşırıb ki, Fuadı özünüzlə aparın. Amma bu haqda mənə ölənə kimi heç nə demədi. Mahmud İsgəndərov dedi ki, "Fuad, mənim yanımda ol”. Mən vəziyyəti başa düşdüm. Birdən tərcüməçi dedi ki, Fuad Tağızadə kimdir? Bilirsinizmi ki, sizi bütün Fransada tanıyırlar? Sizin haqqınızda tanınmış jurnalda məqalə hazırlanıb. Bakıya qayıdanda dedilər ki, səni əsgər aparırlar. Həmin illərdə ancaq Tibb və Neft Akademiyasına oxuyan tələbələri əsgər aparmırdılar. Müəllimim dedi ki, sən yaxşı futbol oynayırsan. O, Gürcüstana zəng edib dedi ki, Fuad təhsil alır, əsgərliyə gedə bilməz”.

Özümə ayaqqabı, köynək və dondurma aldım

Həmsöhbətim deyir ki, o illərdə maaşı çox olmayıb: "Demək olar ki, maaşı yeməyə və geyimə güclə çatırmış: "Mən də cavan oğlan idim. Əgər indiki dövrdə oynasaydım, maddi qayğılarım olmazdı. Hansısa Avropa klubuyla milyonlarla avroya müqavilə imzalaya bilərdim. Amma o vaxt belə deyildi. İlk maaşım 120 rubl idi. Bunu Leninqradda oxuyanda qazanmışdım. Özümə ayaqqabı, köynək və dondurma aldım”.

F.Tağızadə deyir ki, indi gənclərin futbol oynaması üçün şərait yoxdur: "Bu, məni çox məyus edir. Hər yerdə böyük binalar, mənzillər, otellər tikilir. Bu, küçə futbolunun inkişafına mane olur. Futbolçular küçələrdə yetişir. Stadionlarda isə məşqlər pulludur. Həmçinin, valideynlər də uşaqlarının istedadını düzgün qiymətləndirməlidir. Bəzən onlar uşaqlarını məcburi şəkildə hansısa sahəyə göndərirlər. O vaxt ailəm həkim olmağımı istəyirdi. Amma mən iynədən qorxurdum. İynədən qorxan adam necə həkim ola bilərdi? Futbol oynayacağımı deyəndə anam çox narazılıq etdi. Amma mən öz istəyimin arxasıyca getdim”.

Məşhur futbolçu ilk sevgisindən də söz açdı: "Futbol oynayanda hər şəhərdən səni sevən qızlar olurdu. Bakıda olanda bir qızdan xoşum gəlirdi, sonradan onunla ayrıldıq. O qız mənim ilk sevgim idi. Amma sevgi ötəri hissdir. İnsan hisslərə aldanıb səhv edərsə, həyatını məhv edə bilər. 30 yaşında ailə həyatı qurdum. O qız da başqası ilə evləndi. Bir dəfə bacım dedi ki, sənə bir şəkil göstərim. Qız bacımın iş yoldaşı idi və peşə məktəbində müəllimə işləyirdi. Mən şəklə ötəri baxdım, bacım dedi ki, sən ciddi deyilsən. İkinci dəfə baxdım və qızdan xoşum gəldi. Həyat yoldaşım Vahidə xanım Gəncədən idi. Beləliklə, 1969-cu ildə biz ailə həyatı qurduq. Düşünürəm ki, mən düzgün qərar verdim”.

Veteran futbolçunun iki övladı, dörd nəvəsi var: "Nəvələrimin tərbiyəsi ilə anaları məşğul olur. Həyat yoldaşım yaşlansa da, nəvələrimin təhsil və tərbiyəsinə kömək edir. Hamımız bilikdə yaşayırıq. Nəvələrimdən biri yüngül atletika ilə məşğuldur, çoxlu medalı var. Yarışlarda ölkəmizi təmsil edir. Bütün nəvələrimlə fəxr edirəm. Onlar mənim qürur mənbəyimdir”.

Sonda rubrikanın ənənəsinə uyğun olaraq həmsöhbətim gənclərə tövsiyəsini də verdi: "Məncə, hər şey uşaqlıqda verilən tərbiyədən asılıdır. Valideyn uşağının nəyə marağını olduğunu bilməlidir. Kimisə zorla harasa göndərmək olmaz Həvəsi olmasa, onsuz da uğur qazana bilməyəcək. Tövsiyə edərdim ki, dərslərini yaxşı oxusunlar. Əgər həvəsləri varsa, ixtisasdan əlavə bir peşəyə də yiyələnsinlər. Çünki peşə insana çox vacibdir. 

Mənbə: "Kaspi" qəzeti
 






Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası:"Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X