AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun IV turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət vetib.
MOİK-in futbolçusu Ruslan Bayramov "Sumqayıt-2" ilə oyunun 76-cı dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 20 manat cərimə olunub. "Sumqayıt-2” matçın protokolunu vaxtında tərtib etmədiyinə görə 80 manat cərimə edilib. MOİK isə 4 futbolçusu sarı vərəqə aldığından 80 manat ödəməli olacaq.
"Ağsu” "Neftçi-2” ilə oyunda protokolu vaxtında tərtib etmədiyinə, "Turan Tovuz” və "Kəpəz” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə, "Turan Tovuz” "Kəpəz"lə oyunda klubunun nümayəndəsinin oyunöncəsi iclasa gecikdiyinə, MOİK "Keşlə-2" ilə oyunun videoçəkilişini aparmadığına "Səbail-2” 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimələnib.
Fanat.Az