AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, komitə sədri 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsində Belarus - Norveç oyununun hakim-inspektoru olacaq. Oktyabrın 11-də keçiriləcək qarşılaşma Belarusun Jodino şəhərindəki "Torpedo” stadionunda baş tutacaq.
Qeyd edək ki, Frits Ştuxlik daha öncə Avropa Liqasında C qrupunun II turunun "Trabzonspor” (Türkiyə) - "Bazel” (İsveçrə) matçında iş başında olacaq. Oyun oktyabrın 3-də Trabzon şəhərindəki Hüseyn Avni Aker stadionunda keçiriləcək.
Fanat.Az