"Futbolçularımın əzmkarlığı məni qane etdi".
Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının VI turunda keçirilən "Qarabağ" - "Sumqayıt" oyunundan sonra qonaqların baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis 0:2 hesabı ilə məğlub olduqları oyuna belə şərh verib: "Onlar mənim taktiki tapşırıqlarımı yerinə yetirirdilər. Təəssüf ki, ilk hissənin son saniyələrindəki texniki səhv bizə baha başa gəldi. Fasiləyə bərabərliklə yollansaydıq, daha yaxşı olardı. Amma buraxılan qol planlarımızı pozdu. Gənc futbolçularımın xeyrinədi ki, belə bir komandaya qarşı oynayırdılar. Mövsüm hələ yeni başlayıb, yolumuza davam edəcəyik. Hələ irəlidə çox işlərimiz var.
Bu gün əlimizdə olan futbolçular budu. Rəqibin futbolçuları haqda danışsam, onları tərifləsəm öz futbolçularıma həqarət etmiş olaram. Deyə bilmərəm ki, Amil Yunanovun əvəzinə Mahir Emreli olsaydı, fərqlənə bilərdik, ya yox. Əlimizdə olan material budu. Çalışacağıq ki, səhvlərimizi düzəldək, mövsümün sonuna qədər bu futbolçularla daha yaxşı oynayaq, nəticələri yaxşılaşdıraq".
Fanat.az