"Futbolçularımı təbrik edirəm".
Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının VI turunda keçirilən "Qarabağ" - "Sumqayıt" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis 2:0 hesabı ilə qlib gəldikləri oyun barədə bunları söyləyib: "Çox ağır qrafikdəyik. Hər oyuna futbolçuları kökləmək çətindi. Həm fiziki, həm də psixoloji yorğunluq olur. Bu gün həmin yorğunçuluğu hiss etdim. Amma bunu normal qəbul edirəm. Çünki ağır perioddu, bunu keçməliyik. Hər bir halda "Düdelanj”la oyunu düşünə bilərik. Artıq həmin qarşılaşmaya hazırlaşmalıyıq. 90 dəqiqə ərzidə meydanda ən yaxşısını göstərməyə çalışacağıq. Ayxan Abbasova da qarşıdakı oyunlarda uğurlar arzulayıram.
Mahir Emrelinin durumuna gəlincə, deyə bilərəm ki, hazırdı. Bu gün 10-15 dəqiqə meydanda oldu. Hələ qarşıda günlər var, ona uyğun qərar verəcəyik. Rəşad Sadıqovun isə bir qədər hərarəti vardı, dünən bunu hiss etdik. Ona görə risk etmədik. Qarşıdakı günlərdə formasını bərpa edəcək, Lüksemburqda meydana çıxa bilər. Səfərə qələbə qazanmağa gedəcəyikmi? Əlbəttə, biz hər bir oyuna qələbə üçün çıxırıq. "Düdelanj”ın səfərdə qələbə qazanması bizi daha ciddi düşünməyə vadar edir. Çalışacağıq ki, sona qədər mübarizə aparaq və oyuna ciddi hazırlaşaq".
Fanat.az