12:46 04.10.2019 1970

RƏZALƏT! AFFA həvəskar futbolçuların 10 min manatına göz dikib

"10 min manatı verməyəcəklərsə, birdəfəlik desinlər, biz də işimizi bilək”

Azərbaycan futbolu qəribəliklərlə zəngindi desək, yanılmarıq. Ölkənin futbol təsərrüfatına rəhbərlik edənlərin atdıqları bəzi addımları isə heç cür başa düşmək olmur. Məsələn, Xorvatiya ilə Bakıda keçirilən matçda yığma 1:1 hesablı heç-heçəyə imza atdığına görə AFFA milli üzvlərinə 30 min manat mükafat verdiyi halda, ötən mövsüm Region Liqasında mükafatçılar sırasına düşən komandalara çatacaq məbləğ hələ də ödənilməyib. Halbuki təxminən 2 həftəsən sonra liqada yeni mövsümə start veriləcək...

Ötən mövsüm liqanın çempionu olmuş "Uğur”un futbolçuları növbəti dəfə "Futbol+” qəzetinin redaksiyası ilə əlaqə saxlayıb ürəklərini "boşaldıblar”: "Artıq sentyabrın son həftəsini yaşayırıq. Oktyabrın ilk 10 günlüyündə isə Region Liqasında yeni mövsümə start veriləcək. Biz hələ də çempion üçün nəzərdə tutulan 10 min manat mükafatımızı almamışıq. Kimə şikayət edək, dərdimizi kimə söyləyək? Sizin qəzetə və başqa media orqanlarına şikayətimizi bildirmişik, pulumuzun verilmədiyini demişik. Bütün ölkənin AFFA-nın biabırçı hərəkətindən xəbəri var. Ancaq assosiasiyada oturanlar heç nədən çəkinmirlər. Hər dəfə sizi də, bizi də aldadırlar ki, yaxın günlərdə vəsait komandanın bank hesabına köçürüləcək. Həmin "yaxın günlər” isə bitib-tükənmir. Xorvatiya ilə matçdan sonra yığma üzvlərinin hər birinə 30 min manat mükafat verildiyi haqda xəbər yayıldı. Əvvəlcə çoxları bunu şişirdilmiş rəqəm kimi qəbul etdi. Ancaq sonradan məlum oldu ki, bu heç də belə deyil. Bizim yığmada çıxış edən futbolçuların mükafatında gözümüz yoxdu. Əziyyət çəkiblər və qarşılığını görürlər. Bəs bizim zəhmətimizi niyə dəyərləndirmirlər? Biz həmin 10 min manatı almaq üçün az qala 9 ay istidə, soyuqda meydana çıxmışıq.
 
Verməyəcəklərsə, birdəfəlik desinlər, biz də işimizi bilək. Yaxınlarımıza, evdəkilərə deyək ki, AFFA-da oturanların "Uğur”un 10 min manatına ehtiyacı var. Az qala 25 futbolçu hər gün səhər şad xəbər ümidi ilə yuxudan oyanır, gecə isə məyus şəkildə gözünü yumur. Belə hörmətsizliyin arxasında nə durur? Bəlkə komandamızın AFFA-ya borcu var, xəbərimiz yoxdu. Region Liqasının təşkilinə cavabdehlik daşıyan rəsmilərə nə qədər zəng vursaq da, cavab verən yoxdu”.

Öz növbəmizdə ümid edirik ki, AFFA insafa gələcək və həvəskar futbolçuların vəd olunmuş pulları ödəniləcək.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

Facebookdan bizi izləməyi unutmayın.
X