"Araz" futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, rəqib "Benfika”sı olacaq. Portuqaliyalılar Azərbaycan çempionunu 7:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ilk turda "Araz" Belçikanın "Halle Qooik" komandasına 1:5 hesabı ilə uduzub. "Benfika" isə Ukrayna "Xerson"u ilə heç-heçə edib - 1:1. Qrupun digər oyunu bu gün "Halle Qooik" və "Xerson" arasında keçiriləcək.
Çempionlar Liqası
II qrup
10 oktyabr
Araz (Azərbaycan) - Benfika (Portuqaliya) 0:7
Qollar: Andre Koelyo, 1:57. Rövşən Hüseynli, 5:39 (avtoqol). Fits, 7:33; 35:20. Çaqinya, 31:13; 31:49. Tyaqo Brito, 34:20.
Araz: 12. Rövşən Hüseynli (q), 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 19. Vladislav Reznov (q), 8. Rizvan Fərzəliyev (k), 10. Nihad İsmayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.
Benfika: 15. Dieqo Roncagilo (q), 2. Çaqinya, 4. Andre Koelyo, 10. Robinyo, 18. Fernandinyo, 12. Andre Souza (q), 3. Jesus, 5. Fabio Cecilyo, 6. Tyaqo Brito, 7. Bruno Koelyo (k), 8. Rafael Henmi, 17. Fernando, 19. Fits.
Baş məşqçi: Joel Roşa.
Hakimlər: Damian Jaruçeviç (Polşa), Moşe Bohbot (İsrail), Nikola Jeliç (Xorvatiya).
Hakim-inspektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Serjio Lopes-Anduxar Alonso (İspaniya).
Halle şəhəri. "De Bres Arena".
1 |
Benfika |
2 |
1 |
1 |
0 |
8:1 |
4 |
2 |
Helle-Qooik |
1 |
1 |
0 |
0 |
5:1 |
3 |
3 |
Xerson |
1 |
0 |
1 |
0 |
1:1 |
1 |
4 |
Araz |
2 |
0 |
0 |
2 |
1:12 |
0 |
Fanat.Az